1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Xocalı şəhərinin işğalı zamanı azərbaycanlılara qarşı törədilən soyqırımdan 32 il ötür.
Bu dəfə əvvəlki illərdən fərqli olaraq artıq Xocalıda üçrəngli Azərbaycan bayrağı məğrur-məğrur dalğalanır.
İndi Xocalıda həyat dirçəlir. İllərlə həmin gecəni unuda bilməyən, gözləri yollarda qalan Xocalı sakinləri öz doğma yurdlarına qayıdır, həmin torpaqlarda inamla addımlayırlar.
Onlardan biri də 32 il öncə, 9 yaşında Xocalını ayaqyalın, başıaçıq tərk edən Ləfxanımdır (Lətifxanım).
ARB-nin onunla Milli Qəhrəman Çingiz Mustafayevin söhbətindən fraqmentlər əks olunan videoçarxı təqdim edirik: