LERİKDƏ NARKOKURYER SAXLANILDI: 10 kiloqram marixuana ələ keçirildi - FOTO/VİDEO

Lerik Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat həyata keçiriblər.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Stopnarkotik.az-a verilən məlumata görə, tədbirlərlə əvvəllər məhkum olunmuş 48 yaşlı Səbuhi Şahbazov saxlanılıb. Həmin şəxsdən 10 kiloqram marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, S.Şahbazov barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.

Lerikdə narkokuryerdən 10 kiloqram marixuana tapılıb (FOTO/VİDEO)

Lerikdə narkokuryerdən 10 kiloqram marixuana tapılıb (FOTO/VİDEO)