Lerikdə körpünü sel apardı - VİDEO

Lerik rayonunu Yardımlı rayonu ilə birləşdirən yolun üzərindəki yeganə körpünü sel aparıb.

Stopnarkotik.az trend-ə istinadən xəbər verir ki, iki gündür yağan leysan yağışları körpünün uçmasına səbəb olub.

Belə ki, Ağqışlaq və Şingədulan kəndləri ərazisində, Ağçay çayı üzərində beton konstruksiyalı və dəmir borularla salınan körpünün uçması nəticəsində həmin kəndlərin sakinlərinin Masallı rayonu ilə əlaqəsi tamamilə kəsilib.

Qeyd edək ki, Azərbaycanın bəzi yerlərində hava şəraiti arabir yağıntılı olub, səhər saatlarında Şahdağda qar yağıb. Bəzi yerlərdə şimal-qərb küləyi arabir güclənib