Ermənistan mediası və siyasətçilərinin Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşlarının Azərbaycan sərhədçiləri tərəfindən Xankəndiyə buraxılmaması barədə səsləndirdiyi fikirlər ifşa olunub.
Sosial şəbəkələrdə “Laçın” sərhəd-keçid məntəqəsindən BQXK-nin avtomobillərinin rahat şəkildə hərəkət etməsini əks etdirən görüntülər yayılıb.
Videodan görünür ki, BQXK-nin fəaliyyətinə heç bir maneə yaradılmayıb.
Qeyd edək ki, bəzi erməni siyasətçilər və jurnalistlər Azərbaycan sərhədçilərinin guya BQXK-nin fəaliyyətinə maneə yaratması barədə iddialar irəli sürüblər. Lakin BQXK deyilənləri təsdiqləməyib.