Laçın postuna hücum hazırlığının şok detalları: ermənilərə iki tapşırıq verilib

Laçın postuna “müki əhalinin yürüşü” adı altında təxribat hücumuna hazırlaşan separatçıların taktiki planı bəlli olub.

Separatçılar bir qrup ermənini Xankəndidən avtobuslarla Laçın postunun yerləşdiyi Həkəri körpüsünə gətirməyə hazırlaşır.

Əraziyə gətirirlən ermənilərə iki tapşırıq verilib.

Birincisi, Həkəri körpüsünü keçməyə cəhd etmək: bununla Laçın postunu açmağı planlaşdırırlar;
İkincisi, Həkəri körpüsünü keçə bilməyəcəklərsə, körpünün yanında – Laçın postunun qarşısında çadır qurub qalacaqlar, beləliklə, sərhədin Ermənistan tərəfindən təşkil olunan şou sərhədin Azərbaycan tərəfində də davam etdiriləcək;

Xankəndidəki separatçı “siyasətçilərdən” olan, Laçın postuna qarşı qondarma “yürüşdə” iştirak edəcək Artur Ospiyan da təsdiq edib ki, post açılana – Ermənistandan gələn yük maşınları keçənə qədər Həkəri körpüsündə qalacaqlar.

Ermənilərin ilk mərhələdə Həkəri körpüsünü – Laçın postunu kütləvi şəkildə keçmək planı deməyə əsas verir ki, təxribat olacaq və istisna deyil ki, Azərbaycana qarşı qondarma “etnik təmizləmə” iddiaları irəli sürmək üçün posta göndərilən ermənilərdən biri separatçıların özləri tərəfindən yaralana, yaxud qətlə yetirilə bilər. “Dinc yürüş” adı altında hazırlanan bu təxribat kifayət qədər təhlükəli oyundur./publika.az