Külli miqdarda narkotik ələ keçirildi - Bakının iki rayonunda ƏMƏLİYYAT

Sabunçu və Nərimanov rayonlarında narkotik vasitə aşkarlanıb.

Stopnarkotik.az DİN-ə istinadən xəbər verir ki, polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir.

Daxil olan əməliyyat məlumatı əsasında polis əməkdaşlarının Sabunçu və Nərimanov rayonları ərazisində həyata keçirdikləri tədbir nəticəsində 36 yaşlı B.Feyziyev və əvvəllər məhkum olunmuş 42 yaşlı E.Əliyev saxlanılıblar.

Onlardan heroin, metamfetamin və 42 ədəd psixotrop tərkibli həb aşkarlanıb.

Araşdırma aparılır.