Sumqayıt Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyəti ilə adam öldürməkdə təqsirləndirilən Mahir Həsənovun cinayət işi üzrə məhkəmə istintaq yekunlaşıb.
Stopnarkotik.az pravda.az-a istinadən xəbər verir ki, hakim Hafiz Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 17 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Qeyd: Ötən il fevralın 9-u saat 10 radələrində Sumqayıt şəhər sakin 1977-ci il təvəllüdlü Nazim Məmmədov şəhərin 18-ci mikrorayon ərazisində öldürülüb.
Belə ki, zərərçəkmişin tanışı, 1979-cu il təvəllüdlü Mahir Həsənov şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı bıçaqla Nazim Məmmədova xəsarət yetirərək onu qəsdən öldürüb.
Onun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə maddəsi ilə ittiham irəli sürülüb.
Mahir Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Mahir Həsənov məhkəmə ifadəsində deyib ki, hadisədən əvvəl Nazim Məmmədov küçədə ona tərs-tərs baxıb və o, bundan narahat olub. Bundan sonra aralarında mübahisə yaranıb. Nəticədə Mahir Nazimi qətlə yetirib.