“Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) müttəfiqi olub və olaraq qalır, İrəvanın Minskdəki sessiyada iştirak etməməsindən “qəti nəticə” çıxarmağın mənası yoxdur”.
Bunu KTMT-nin baş katibi İmanqali Tasmaqambetov TASS-a bildirib.
“Məncə, bu vəziyyətdən qəti nəticə çıxarmağın mənası yoxdur. Ermənistan bizim müttəfiqimiz olub və qalır. Məncə, bu, hər şeyi deyir”.
“KTMT Katibliyinin də açıqladığı kimi, Ermənistan nümayəndə heyətinin iştirak etməməsinin səbəbləri texniki xarakter daşıyır”, - deyə baş katib davam edib:
“İstənilən halda, bu, müstəqil və suveren dövlətin qərarıdır ki, heç bir dövlət və ya təşkilat ona təsir edə bilməz. KTMT təşkilatın tamhüquqlu üzvü kimi Ermənistan Respublikasının qərarına hörmətlə yanaşır”.