ABŞ-də, Florida ştatında yerləşən Dəniz Laboratoriyasında tədqiqatçı kimi işləyən alim Treysi Fanara və onun komandası narkotik tacirləri tərəfindən okeana buraxılan kokain paketlərinin dənizdəki canlıların həyatına təsirini öyrənib.
Stopnarkotik.az xəbər verir ki, Floridanın cənub hissəsində yerləşən adaların ətrafında altı gün ərzində köpək balıqlarını müşahidə edən tədqiqatçılar balıqların qeyri-adi davranışlar sərgilədiyini müəyyən ediblər.
Tədqiqatçılar, adətən insanlardan qaçan nəhəng köpək balığının kokain qəbul etdikdən sonra insanlara tərəf üzdüyünü və xəyali bir ovun ətrafında sadəcə dövrə vurduğunu müşahidə ediblər.
Treysi Fanara və onun komandası araşdırmalarını davam etdirmək və növbəti mərhələdə köpək balıqlarından qan nümunələri götürməyi planlaşdırırlar.
Stopnarkotik.az