Kolumbiyanın Kali şəhərində aviabazanın yaxınlığında partlayış baş verib.
Stopnarkotik.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə şəhər hökuməti məlumat verib.
Məlumata görə, partlayış nəticəsində azı 5 nəfər ölüb, 36 nəfər yaralanıb.
"Kali növbəti dəfə narkoterrorçuların hücumunun qurbanı oldu. Hərbi hava qüvvələri bazasının yaxınlığında yük maşını partladı", - deyə şəhər meri Alexandro Eder sakinlərə müraciətində bildirib.
Kali hökumətinin "X" səhifəsində qeyd edilib ki, şəhərin bütün xilasetmə xidmətləri zərərçəkənlərə kömək etmək üçün cəlb olunub.
"Hökumət orqanları ilkin olaraq 5 nəfərin öldüyü və 36 nəfərin yaralandığı barədə məlumat verib", - deyə mətndə yazılıb.
Alexandro Eder hücuma görə məsuliyyət daşıyanları tapmağa kömək edəcək şəxslərə məlumat müqabilində mükafat elan edib. Hakimiyyət həmçinin saat 4:00-a qədər (Bakı vaxtı ilə 13:00 - red.) yük maşınlarının hərəkətinə məhdudiyyətlər qoyub.