Yaxın zamanlarda belə xəbərlər yayılmışdı ki, Floridada okeanın sahilində narkotik paketlərinin peyda olması ilə köpəkbalıqları kokainə aludə olublar və bura dadanıblar. Belə fikirlər səsləndirilirdi ki, köpək balıqlarının anormal davranışına səbəb onların böyük miqdarda narkotik qəbul etməsidir.
İyun ayında Sahil Mühafizəsi Karib dənizi və Atlantik okeanında üzən minlərlə funt kokain paketi aşkarladı. Alimlər köpək balıqlarının həqiqətən də kokain yeyib-yemədiyini və bunun hansı nəticələrə səbəb olduğunu anlamağa çalışırlar. Bəzilərinin fikrincə, bu, real ola bilər. Digərləri bunun “Discovery Channel”ın “Shark Həftəsi” ətrafında yaradılan şişirdilmiş söz-söhbət olduğunu söylədi.
Bəs kokain köpəkbalığına necə reaksiya göstərir?
Kokain qəbul edərkən köpək balıqlarının qeyri-sabit yaxud daha aqressiv davrana biləcəyi (yəni daha tez-tez insanlara hücum etməsi) fərziyyəsindən sonra alimlər eksperiment aparıblar. Onlar hansı maddənin köpək balıqlarını cəlb etdiyini görmək üçün okeana yemək və kokain paketləri qoyublar. Görüblər ki, narkotik paketlərinə daha çox akulalar yaxın gəldi. Kokainin akulalara təsirini öyrənən tədqiqatçı doktor Treysi Fanara isə deyir: "Biz hələ köpək balıqlarının kokainə necə reaksiya verdiklərini bilmirik. Məsələn, bilmirik ki, kokain onları daha aqressiv yaxud daha itaətkar edə bilər, onları ləngidə bilər”. Bu baxımdan, kokainin akulanın yırtıcılığını artırıb-artırmaması ilə bağlılıq müşahidə olunmur.
Stopnarkotik.az