Keniyanın bir sıra şəhərlərində qiymət artımına qarşı keçirilən aksiyalar zamanı ölənlərin sayı 9 nəfərə çatıb.
Bu barədə "Agence France-Presse" Keniyanın müstəqil Milli İnsan Haqları Komissiyasına istinadən məlumat yayıb.
Bildirilib ki, dörd nəfər Keniyanın paytaxtı Nayrobi yaxınlığındakı Mlolonqo şəhərində, qalanları isə ölkənin digər bölgələrində həlak olub.
Yaralılar arasında təhlükəsizlik qüvvələri də var.
Polis iğtişaşlarda iştirak edən 312 nəfəri saxlayıb.
Səlahiyyətlilər daha əvvəl yeddi nəfərin öldüyünü bildirmişdilər.