Keçmiş məhkum qarət etmək istədiyi aptekdə öldü - VİDEO

Rusiyanın Kostroma şəhərinin sakini Moskvada apteki qarət etmək istəyərkən həyatını itirib.

O, təsadüfən vitrində ayağını yaralayıb və elə oradaca qanaxmadan ölüb.

Məlumata görə, əvvəllər oğurluğa görə məhkum olunmuş 27 yaşlı Dmitri “Qorzdrav” aptekinə divarı aşaraq daxil olub.

O, içində cəmi 719 rubl olan pul qutusunu özü ilə götürüb və eyni üsulla cinayət yerindən çıxmağa çalışıb. Amma buna nail ola bilməyib. Oğru şüşə vitrinin üzərinə çıxıb və bu zaman vitrin sınıb. Dmitri yıxılıb və budunu yaralayıb, yaradan qan fışqırmağa başlayıb. O, bir müddət çölə çıxmağa çalışsa da, cəhdləri nəticəsiz qalıb.

Qan aparan soyğunçunu aptekdə polis əməkdaşları tapıb və təcili yardım həkimlərinə təhvil veriblər. Ancaq onun həyatını xilas etmək mümkün olmayıb, güclü qanaxmadan ölüb.

 

Mənbə: “SHOT”, “112” “Telegram”