Kamal Kılıçdaroğlu yenidən rəsmən Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri vəzifəsinin icrasına başlayıb. Artıq məhkəmənin müvafiq qərarı bu gün ona təqdim edilib.
Stopnarkotik.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu partiya sədrinin yeni mətbuat müşaviri Atakan Sönməz deyib.
Qeyd edək ki, məhkəmə mayın 21-də CHP-nin 38-ci qurultayının nəticələrini etibarsız sayaraq ləğv edib. Məhkəmənin müvafiq qərarı ilə CHP-nin keçmiş sədri Kamal Kılıçdaroğlu müvəqqəti olaraq yenidən vəzifəyə qaytarılıb.