Kafedən oğurluq edən keçmiş məhbus ələ keçdi

Nizami rayonu B.Nuriyev küçəsində yerləşən kafelərin birindən bir nəfərə məxsus içərisində 1026 manat, bank kartı və sənəd olan pul kisəsinin oğurlanması barədə polisə məlumat daxil olub.

Stopnarkotik.az xəbər verir ki, Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş İ.Məmmədov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.