Kadırovun xəstəliyi barədə yeni İDDİA

Çeçenistan lideri Ramzan Kadırovun səhhəti ilə bağlı növbəti iddia ortaya atılıb.

Stopnarkotik.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “Exo Moskva”nın keçmiş baş redaktoru Aleksey Venediktov bildirib.

Onun sözlərinə görə, Kadırov böyrəkləri ilə bağlı problem yaşayır:

“Çeçenistan rəhbəri kəskin böyrək çatışmazlığından əziyyət çəkir. Buna görə də tez-tez hemodializə ehtiyac duyur”.

Qeyd edək ki, Ukrayna kəşfiyyatı bir qədər əvvəl Kadırovun komada olduğunu yazıb. 

Buna cavab olaraq Çeçenistan lideri parkda gəzinti zamanı video paylaşaraq iddialara son qoymuşdu.