İsveçdə Quranı yandıran 3 yeniyetmə saxlanıldı

İsveç polisi Malmö şəhərində Quranın yandırılması hadisəsindən sonra baş verən aksiyalarda iştirak etməkdə şübhəli bilinən üç yeniyetməni saxlayıb.

Stopnarkotik.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

"Sentyabrın 3-də Malmö şəhərində baş vermiş zorakı aksiyalardan sonra asayişi kobud şəkildə pozmaqda şübhəli bilinərək, 15 yaşdan kiçik üç yeniyetmə saxlanılıb və onlara qarşı ittiham irəli sürülüb", - İsveç polisinin bəyanatında deyilir.

Onlardan biri iki dəfə Quranı yandırmaqda da şübhəli bilinir.