İSTANBULDA ŞOK ƏMƏLİYYAT: İrana casusluq edənlər saxlanıldı, aralarında azərbaycanlılar da var - FOTOLAR

Terror təşkilatı İŞİD-in 9952 nəfərlik "Yalnız Canavar" terror arxivinin ələ keçirilməsi, daha əvvəl ictimaiyyətə açıqlanmayan heyrətamiz əməliyyatın detalları barədə məlumat yayılıb.

Bu barədə "Sabah" qəzeti yazıb. Milli İstihbarat Təşkilatı Türkiyədə fəaliyyət göstərən yerli və xarici casuslara qarşı uğurlu əməliyyatlar həyata keçirib. İŞİD üzvlərindən ibarət təxminən 10 min nəfərlik heyət deşifrə edilib.

Məlum olub ki, Seymur Rzayev və dostları İranın Qərbin embarqosundan yaxa qurtarması üçün Ukraynadan İran pilotsuz uçuş aparatları (SİHA) üçün neft çənləri, nasosları tədarük edirmiş. Onları Vyetnam vasitəsilə İrana aparırmışlar. Məlum olub ki, Seymur Rzayev və digərləri İstanbula gələrkən heç bir kəşfiyyat izi buraxmamaq üçün Türkiyə vətəndaşı İlyas Yıldırımın avtomobilini qeyri-rəsmi şəkildə icarəyə götürüblər və İran kəşfiyyatının xeyrinə fəaliyyətlər həyata keçiriblər.

Fotoda: İran Kəşfiyyatı üçün çalışan Seymur Rzayev

İstanbul Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsinin müdiri Əbdürrəhman Soğuksu tərəfindən hazırlanan 64 səhifəlik hesabata görə, şübhəlilər Mehmet Çelik, Zeynəddin Çalışkan, Hikmət Əliyev, Seymur Rzayev və İlyas Yıldırım bir kafedə görüş keçiriblər. hesabatdan məlum olur ki, dəstə İŞİD-in serverlərindən gizli şəkildə çıxarılan rəqəmsal yükü satmaq üçün İran Kəşfiyyat Xidmətinə çatdırmaq istəyiblər.

Yükün varlığından xəbərdar olan İran kəşfiyyatı Rzayevə və onun adamlarına rəqəmsal yükdə bəzi sənədləri görmək istədiklərini və onların düzgünlüyünü sübut etdikdən sonra tələb olunan 8,5 milyon avronu verə biləcəklərini bildiriblər.

Özbəkistan-İstanbul xəttində aylarla davam edən danışıqlardan sonra bu komanda tərəfindən bəzi ilkin sənədlər Özbəkistandan gətirilərək İstanbulda İran Kəşfiyyat Xidmətinə təqdim edilib. İran Kəşfiyyat Nazirliyi bütün yük üçün istənilən rəqəmi verməyə hazır olduğunu deyib. Qərara alınıb ki, çatdırılma yeri İstanbul olsun.

Rəqəmsal yükdən bütün dünyaya yayılan 9 min 952 İŞİD terrorçusunun bioqrafik kəşfiyyat məlumatları, fotoları, tərcümeyi-halları və şəxsiyyət məlumatları tapılıb. Bu şəxslərin daha əvvəl deşifrə edilməmiş “Yalnız Canavar” qrupuna aid olduğu müəyyən edilib.

Terrorla Mübarizə Şöbəsinin keçirdiyi əməliyyatda Seymur Rzayev, İlyas Yıldırım, Zeynəddin Çalışkan, (Yaşar Kod) Mehmet Çelik və Hikmət Əliyev saxlanılıb.

“Yalnız canavar” termini təhlükəsizlik terminologiyasında təkbaşına qərar qəbul edə bilən və müxtəlif terror aktları, məsələn, sui-qəsd təşkil edə bilən terrorçular üçün bir nomenklaturadır./publika.az