İstanbul polisi 82 kiloqrama qədər metamfetamin və prekursor ələ keçirdi

İstanbulda keçirilən narkotik əməliyyatları zamanı çoxlu miqdarda narkotik maddə aşkarlanıb və 4 nəfər saxlanılıb.

Stopnarkotik.az xəbər verir ki, şəhərin Böyükçekməcə rayonunda bir ünvana keçirilən əməliyyat zamanı 79 kilo 950 qram maye metamfetamin, 1 kilo 800 qram kristal metamfetamin və 20 kiloqram narkotik hazırlanmasında istifadə edildiyi bildirilən kimyəvi maddə tapılıb. Tuzla və Ataşehirdə iki avtomobildə aparılan digər əməliyyatda isə 27 kilo 500 qram narkotik maddə aşkar edilib. Saxlanılan 4 nəfərlə bağlı araşdırma davam edir.

Stopnarkotik.az