İsmayıllı şəhəri Qarabağ qəsəbəsində yerləşən Ağdam rayon 30 saylı tam orta məktəbdə “Narkomaniya ümumbəşəri bəladır” mövzusunda maarifləndirici tədbir keçirilib.
Stopnarkotik.az xəbər verir ki, tədbirdə çıxış edən polis əməkdaşları “ağ ölüm”ün acı nəticələri barədə şagirdlərə məlumat verib, bu bəlaya düçar olmuş şəxslərin qarşılaşdıqları problemlərdən söz açıb və narkomaniyaya qarşı mübarizədə cəmiyyətin hər bir üzvünün fəal olmasının vacibliyini qeyd ediblər.
Sonda mövzu ilə əlaqəli videoçarx nümayiş olunub və şagirdlərin sualları cavablandırılıb.
Stopnarkotik.az