İrəvanda saxlanılan etirazçıların sayı 240 nəfərə çatıb.
Stopnarkotik.az “Armenia Today”ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, onlar Ermənistan İnzibati Məcəlləsinin 182-ci (polis əməkdaşının qanuni tələbinə tabe olmama) maddəsi ilə saxlanılıblar.
***10:38
Ermənistanda keçirilən aksiyalar zamanı saxlanılanların sayı 137 nəfərə çatıb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.
***09:17
Ermənistanda arxiyepiskop Baqrat Qalstanyanın çağırışı ilə vətəndaş itaətsizliyi aksiyaları davam edir.
Artıq səhər saatlarında İrəvanın mərkəzində polislə aksiya iştirakçıları arasında toqquşma baş verib.
Saxlanılanların olduğu bildirilir.
***08:45
Ermənistanda bu gün səhər saatlarından etibarən "Vətən uğrunda Tavuş" müxalifət hərəkatının fəalları vətəndaş itaətsizliyi aksiyasına başlayıblar.
Bu barədə Ermənistan mətbuatı xəbər verib.
Qeyd olunub ki, fəallar İrəvan-Əştərək yolunu bağlayaraq nəqliyyatın hərəkətini iflic ediblər.
Məlumat üçün əlavə edək ki, İrəvan-Əştərək magistralı Ermənistanın cənubuna, İranla sərhəddə aparan yoldur.