İrəvanda kütləvi həbslər başladı - Saxlanılanlar arasında Koçaryanın oğlu da var / VİDEO, YENİLƏNİB

İrəvanda Baş nazir Nikol Paşinyan əleyhinə keçirilən bugünkü mitinqdə 84 nəfər saxlanılıb.

Bu barədə Ermənistan Polisi məlumat yayıb.

Polislərlə etirazçılar arasında toqquşmalar olub.

Qeyd edək ki, Paşinyanın istefası tələbi ilə etirazlar bir neçə gündür davam edir.

***12:17

Ermənistan polisi İrəvanın mərkəzində kütləvi həbslərə başlayıb.

Baş nazir Nikol Paşinyanın istefasını tələb edən etirazçıların bir hissəsi artıq saxlanılıb.

Saxlanılanlar arasında Ermənistanın sabiq Prezidenti Robert Koçaryanın oğlu Levon Koçaryan da var.