İranın Sistan və Bəlucistan əyalətini cənginə alan qum fırtınası nəticəsində 2 minə yaxın insan zərər çəkib.
Stopnarkotik.az xəbər verir ki, bu barədə əyalətin Böhran İdarəetməsi Departamentinin baş direktoru Məcid Mohebi bildirib.
“Sistan və Bəlucistanda tüğyan edən qasırğa və qum fırtınası nəticəsində 1 834 nəfər tibb müəssisələrinə müraciət etmək məcburiyyətində qalıb”, - o bildirib.
M.Mohebi xəsarət alanların vəziyyəti ilə bağlı ətraflı məlumat verməyib.