İranda hicabla bağlı hərbi qüvvə təklifi: “Nəzarətçi kifayət deyil” - FOTO

İranın Tehran şəhəri Bələdiyyəsində “hicab nəzarətçisi” vəzifəsinə 400 işçi qadının təyin edilməsi xəbərindən bir neçə gün sonra Tehran Şəhər Şurasının sədri Mehdi Çəmran bununla bağlı fikrini bildirib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Mehdi Çəmran metro və ictimai yerlərdə məcburi hicaba riayət etməyən şəxslərin olduğunu vurğulayıb.

“Hərbi qüvvə olmadıqca məcburi hicab qanunlarına riayət etməyən şəxslərin metrolardan keçməsinin qarşısını almaq mümkün olmayacaq”, - deyə o qeyd edib.