İranda hicaba qarşı çıxanlara 148 şallaq cəzası - FOTO

İranda hicaba qarşı çıxan 3 nəfərə həbs və şallaq cəzası verilib. 

Stopnarkotik.az xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.  

Bildirilib ki, Qum şəhərində 3 nəfər Tehran rejiminin məcburi hicab qanununa riayət etmədiklərinə görə 9 ay həbs və 148 şallaq zərbəsinə məhkum olunublar.