İranda həbs edilən Fəridə hökm oxundu

İranda həbsdə olan Fərid Səfərliyə hökm oxunub.

Stopnarkotik.az xəbər verir ki, Fərid Səfərlinnin anası Dilarə Əsgərova oğlu barəsində 2 il həbs hökmü çıxarıldığını bildirib.

O qeyd edib ki, oğlunun son məhkəməsi olmadan hökm çıxarılıb:

“Oğluma son söz verilmədən iki il hökm verilib. Artıq Fəridə məktub şəklində qərar çatdırılıb. Nə oğlum, nə də mən bu qərarla barışırıq. Heç bir sübut olmadan bu cəzanın verilməsini qəbul edə bilmirik”.