İrana qarşı əməliyyatın başlanğıcından bəri ən azı 390 amerikalı hərbçi yaralanıb.
Stopnarkotik.az xəbər verir ki, Pentaqonun hesabatında yaralı əsgərlərin əksəriyyətinin artıq xidmətə qayıtdığı qeyd olunur.
Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keynin əvvəllər bildirdiyi kimi, yaralı amerikalı hərbçilərin əksəriyyəti İranın pilotsuz təyyarələrinin zərbələri nəticəsində xəsarət alıb.
Bu günə qədər döyüşlərdə 13 amerikalı hərbçi həlak olub, onlardan altısı Küveytdə, biri isə Səudiyyə Ərəbistanında ölüb. Qalanları isə ABŞ-a məxsus tanker təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olublar.