Türkiyənin Ədirnə şəhərində Yunanıstanla sərhəddə İpsala sərhəd qapısında saxlanılan yük maşınında təxminən 1,5 ton heroin və metamfetamin müsadirə edilib. Hadisə ilə əlaqədar saxlanılan sürücü həbs edilib.
Stopnarkotik.az xəbər verir ki, Ədirnədəki İpsala Gömrük Mühafizəsi Qaçaqmalçılıq və Kəşfiyyat İdarəsinin qrupları narkotik cinayətləri ilə mübarizə çərçivəsində İrandan Avropaya narkotik daşındığı barədə məlumat alıblar. Bundan sonra nəzarət altında olan yük maşını Yunanıstana çıxmaq üzrə olan İpsala Sərhəd Qapısındakı nəzarət məntəqəsinə yönləndirilib. Rentgen müayinəsi zamanı şübhəli sıxlıq aşkar edildikdən sonra, narkotik aşkarlama itləri İda və Rouzun köməyi ilə nəqliyyat vasitəsi ətraflı axtarışa verilib. Axtarış zamanı yük maşınının müxtəlif yerlərində gizlədilmiş təxminən 1,5 ton heroin və metamfetamin aşkar edilib. Əməliyyatda saxlanılan iranlı sürücü A.P.G. zəruri prosedurlar tamamlandıqdan sonra məhkəmə binasına gətirilərək məhkəmə tərəfindən həbs edilib.
Stopnarkotik.az