İran Rusiyadan döyüş təyyarələri, hücum helikopterləri və təlim təyyarələri alır.
Bunu İran müdafiə nazirinin müavini, briqada generalı Mehdi Fərahi bildirib.
Onun sözlərinə görə, Rusiya istehsalı olan “Su-35” döyüş təyyarələrinin, “Mi-28” hücum helikopterlərinin və “Yak-130” reaktiv təlim təyyarələrinin İrana çatdırılması üçün lazımi işlər tamamlanıb.
Fərahi qeyd edib ki, sadalanan texnikalar yaxın vaxtlarda İran Silahlı Qüvvələrinin döyüş hissələrinə təhvil veriləcək.
Xatırladaq ki, İran 1990-cı illərdə aldığı bir neçə Rusiya “MiQ-29” döyüş təyyarəsi istisna olmaqla, son illərdə heç bir yeni döyüş təyyarəsi almayıb. Tərəflər arasında iqtisadi, ticarət, enerji və hərbi əməkdaşlığın artırılması üçün mühüm sazişlər imzalanıb. Bu çərçivədə İran Hərbi Hava Qüvvələrinə Rusiya istehsalı olan ilk “Yak-130” reaktiv təlim təyyarəsi sentyabr ayında tədarük edilib.