İran polisi hicaba görə bu dəfə xalqın tərəfini tutdu - VİDEO

İranda polisin hicabın düzgün taxılması davasını edən vətəndaşla davranışına dair maraqlı hadisə baş verib.

Sosial şəbəkələrdə yayılan görüntülərdə bu dəfə hüquq mühafizə orqanının əməkdaşı hicab qaydalarını pozan vətəndaşın tərəfini saxlayıb. Videoda metroda bir nəfərin qadını geyiminə görə narahat etdiyi görünür. Vətəndaşa hicab iradı bildirən həmin şəxsə xalqın tərəfində dayanan polis isə belə cavab verib: " Sizə nə dəxli var? ".

Qeyd edək ki, ötən ilin sentyabr ayından Məhsa Əmini faciəsindən sonra ölkəni kütləvi iğtişaşlar və aksiyalar dalğası bürüyüb.

İnsanlar azadlıq, qadınlar tapdalanan hüquqlarının bərpasını tələb edirlər. Bir neçə aydır ki, İranda qadınlar rejimin sərt qayda-qanunları və hicabla bağlı tələblərinə müxtəlif formada etirazlar edirlər.

Son günlərdə artan dinc, mədəni etiraz formalarından biri isə hicabın çıxarılmasıdır. Artıq İranın müxtəlif bölgələrində qadınlar azad geyimdə gəzir və molla rejimi nə qədər çalışsa da, bunun qarşısını ala bilmir. Sosial şəbəkələrdə isə sərbəst geyimdə olan qadınların foto və videoları artmaqdadır./azvision.az