İran polisi avtomobili atəşə tutdu: azyaşlı oğlan öldü - FOTO

İran polisinin açdığı atəş nəticəsində 9 yaşlı uşaq həyatını itirib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalında məlumat verilib.

Bildirilib ki, hadisə  İranın Şüştər şəhər Polis İdarəsinin əməkdaşlarının sərnişin avtomobilinə atəş açdığı zaman baş verib.

Polis ittihamlara cavab olaraq “Avtomobilin hərəkətinin qarşısını almaq qanunu”nu icra etdik" , -deyə bildirib. 

Həyatını itirən 9 yaşlı Murtaza Dolf Zərqaninin atası polisin heç bir xəbərdarlığı olmadan bu əməli törətdiyini deyib.

“Polis heç bir xəbərdarlıq etmədən avtomobilə atəş açıb və güllə oğluma dəyib və o, yerindəcə dünyasını dəyişib”, - deyə bildirib.