İran agenti Nəsrullahın öldürülməsinə kömək edib – DETALLAR

Sentyabrın 27-də İsrailin Livanın paytaxtı Beyrutun cənubundakı yeraltı bunkerdə keçirdiyi əməliyyat zamanı “Hizbullah”ın baş katibi Həsən Nəsrullah və daha bir neçə liderin öldürüldüyü barədə məlumat vermişdik. Əməliyyat qrup liderlərinin görüşü ilə bağlı dəqiq kəşfiyyat məlumatları sayəsində mümkün olub. Hücum zamanı Nəsrullahın qızı da həlak olub.

"The Wall Street Journal" xəbər verir ki, əməliyyat liderlərin cümə günü keçirilən görüşünə işarə edən kəşfiyyat məlumatlarına əsaslanıb. Hücum Beyrutun cənubunda, 20 metr dərinlikdə yerləşən yeraltı bunkerdə baş verib. İsrailin hücumu həmçinin “Hizbullah”ın elektronika və raket arsenalının əhəmiyyətli bir hissəsini məhv edib.

ABŞ nəşrinin yazdığına görə, "Hizbullah" daxilində gərginlik İranın tətbiq etdiyi məhdudiyyətlər səbəbindən artırdı və bu, İsrailin hücumlarına daha aqressiv reaksiyanın qarşısını aldı. Görüş "Hizbullah"ın İsrailə qarşı ciddi cavab tədbirləri görmək imkanlarını məhdudlaşdırdığı üçün bu məhdudiyyətlərdən narazılığı müzakirə etmək məqsədi daşıyırdı.

Nəşrin məlumatına görə, hərəkat liderləri hava hücumlarından sığınaraq bunkerə toplaşıb və mövcud vəziyyəti və gələcək mümkün addımları müzakirə ediblər.

İran agenti İsrailə Livanın “Hizbullah” hərəkatının lideri Həsən Nəsrullahı məhv etməyə kömək edib.

Qeyd edək ki, bu barədə Fransanın “Le Parisien” nəşri sentyabrın 29-da Livan təhlükəsizlik xidmətindəki mənbəyə istinadən məlumat yaymışdı./publika.az