"İNDİ MƏNİM DANIŞMAQ NÖVBƏMDİR" - Narkotik testi müsbət çıxan Yusuf Güneydən ilk AÇIQLAMA

22 dekabrdə İstanbul Məhkəməsində ifadə verən, daha sonra qan və saç nümunələrinin götürüldüyü Məhkəmə Tibbi Ekspertizası İnstitutuna göndərilən müğənni Yusuf Güneyin test nəticələri məlum olub.

Stopnarkotik.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Güneyin saçından götürülən nümunələrdə kokain aşkar edilib.

Məhkəmə Tibbi Ekspertizasının hesabatında həmçinin bildirilir ki, narkotikin bədəndə parçalanması nəticəsində əmələ gələn əsas metabolit olan benzoylekqonin də tapılıb. 

Narkotik testi müsbət çıxan müğənni Yusuf Güney iddiaları təkzib edib. O, sosial media hesabında məsələ ilə bağlı açıqlama verərək deyib: "İndi danışmaq mənim növbəmdir... Utanılacaq bir şey etməmişəm. Siz, sağlam düşüncəli olanlar, mənə niyə belə etdiklərini çox yaxşı bilirsiniz. Həmçinin cəmiyyət olaraq bu hiylələrdə çatdığımız nöqtəni də çox yaxşı bilirsiniz". 

""O, narkotik istifadə edirdi, astral proyeksiyası var idi" deyən bütün beyinsiz insanlara - bu sizin üçündür... Ölkənin 80%-i asılılıq içindədir. Təsvir etdiklərimin, yaşadıqlarımın bir hissəsini belə, danışın; sizi görək. Sən yazıqsan... Hələ də o qədər kor və karsan ki, hansı oyunda olduğunu görə bilmirsən. Öyrənəcəksən... Həqiqəti qəbul et. Ya da qəbul etmə; qorx, susma, görməzdən gəlmə — fərqi yoxdur. Mən sizə hər şeyi danışacağam", - deyə müğənni əlavə edib. 

Stopnarkotik.az