Sərdar Süleyman oğlu Səfərov Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi təyin edilib.
Stopnarkotik.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
Digər Sərəncamla, Sərdar Səfərova “general-mayor” ali hərbi rütbəsi verilib.
Qeyd edək ki, Prezidentin bundan əvvəlki imzaladığı sənədə əsasən, İlqar Rza oğlu Abbasov Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi vəzifəsindən azad edilib.