İki ton qaçaqmal siqaret müsadirə olundu

Qırğızıstandan Qazaxıstana qaçaqmalçılıq yolu ilə siqaret keçirilməsinin qarşısı sərhədçilər tərəfindən alınıb. Stopnarkotik.az bildirir ki, bunu Qazaxıstan Respublikası Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidməti xəbər verir.

Belə ki, iyunun 28-də Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Mühafizə Xidmətinin Cambıl vilayətindəki Merke dəmir yolu keçid məntəqəsində Bişkek-Türksib marşrutu üzrə yük qatarına baxış zamanı iki vaqonda aksiz markası olmayan külli miqdarda siqaretlər aşkar edilib.

Yük sənədləri olmadan Qırğızıstandan gəlib. O, növbəti araşdırma üçün müvafiq orqana təhvil verilib.

Stopnarkotik.az