Gürcüstanda iki ayda narkotik cinayətlərinə görə 1417 nəfər saxlanılıb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Saxlanılanlar arasında həm əcnəbilər, həm də Gürcüstan vətəndaşları var. Üstəlik, təqsirləndirilənlərin əksəriyyəti narkotik vasitələrin satışına görə saxlanılıb.
Xatırladaq ki, 2025-ci ildə Cinayət və İnzibati Xətalar məcəllələrinə narkotik vasitələrin satışına görə cəzaları sərtləşdirən dəyişikliklər edilib. Bundan başqa, polis əsaslı şübhə yarandığı halda vətəndaşları narkotikə görə yoxlamaq hüququ əldə edib. Daxili İşlər Nazirliyinin statistik məlumatlarına görə, 80% hallarda narkotikdən istifadə faktı təsdiqlənir.
Stopnarkotik.az