Bir neçə ay əvvəl yaradılan Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Baş İdarəsinin rəisi vəzifəsinə Həsənov Elmin Ağamusa oğlu təsdiqlənib.
Bununla bağlı Ədliyyə naziri Fərid Əhmədov bununla bağlı müvafiq əmr imzalayıb..
Xatırladaq ki, "Ədliyyə orqanlarının inkişafı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 avqust tarixli 446 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 04 iyun 2024-cü il tarixli Fərmanı ilə Nazirlikdə struktur dəyişikliyi həyata keçirilib.
Dəyişikliyə əsasən, Bələdiyyələrlə İş Mərkəzi ləğv edilərək, yerində Bələdiyyələrlə İş Baş İdarəsi yaradılıb.
Bununla əlaqədar Rəhman Məmmədov vəzifədən azad edilərək Ədliyyə Nazirliyinin sərəncamına götürülüb.
Bələdiyyələrlə İş Baş İdarəsinin rəis əvəzi vəzifəsi isə həmin vaxtdan Elmin Həsənova həvalə edilmişdi.
O, bundan əvvəl Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəis müavini vəzifəsini tutub.