Meksika hökuməti mütəşəkkil cinayətkarlığın artan təzyiqi altında olan bölgədə təhlükəsizliyi gücləndirmək üçün bazar ertəsi günü ölkənin cənubuna Milli Qvardiya, ordu və polis də daxil olmaqla 1500-dən çox təhlükəsizlik qüvvəsini göndərib.
Stopnarkotik.az-ın verdiyi xəbərə görə, Federal və əyalət hökumətlərinin birgə bəyanatında deyilir ki, işçi qrupu “sülhü təmin etmək üçün” sərhəddəki Çiapas əyalətindəki Frontera Komalapa bölgəsinə yerləşdirilib.
Bu o vaxt baş verdi ki, həftə sonu sosial mediada Frontera Komalapada silahlı narkotik karteli üzvlərinin karvanı şəhəri rəqib karteldən "azad etmək" üçün yerli sakinlər tərəfindən alqışlandığı videosu yayıldı.
Meksikanın prezidenti Lopes Obrador bildirib ki, Frontera Komalapa və yaxınlıqdakı Motozintla şəhərinin ətrafındakı dəstələr Mərkəzi Amerikadan gələn narkotiklərin qanunsuz dövriyyəsi üçün "təsir dairəsi uğrunda mübarizə aparan" dəstələrdir.
Stopnarkotik.az