Bir neçə gün öncə mətbuatda fəaliyyəti dayandırılmış “Muğanbank” ASC-nin Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin ailə üzvləri, Odlar Yurdu Universitetinin rektoru, sabiq deputat Əhməd Vəliyev və oğullarına məxsus olması ilə bağlı məlumat yayılıb.
Stopnarkotik.az xəbər verir ki, manset.az məsələ ilə bağlı Ramiz Mehdiyevlə əlaqə saxlayıb.
O, açıqlamasında yayılan məlumatları inkar edib:
“Bu məlumatlar qəti yalandır. Mənim qızımın orada səhmləri yoxdur. Əhməd deputat olub, tanıyıram. Mənim onunla heç bir dostluğum olmayıb. Deyirlər ki, Əhməd Vəliyev mənimlə ailəvi yaxındır. Bunlar hamısı boş söhbətlərdir, yalandır. Əhməd kimdir ki, mənimlə dost olsun. Ümumiyyətlə, onunla əlaqəmiz olmayıb”.