HƏMAS liderlərindən daha biri öldürüldü

İsrail Müdafiə Qüvvələri Qəzza zolağında Fələstinin HƏMAS silahlı qruplaşmasının liderlərindən birinin məhv edildiyini açıqlayıb.

Bu barədə İsrail Müdafiə Qüvvələri və İsrail Təhlükəsizlik Xidmətinin (İSA) birgə yayımladığı bəyanatda bildirilir.

Məlumata görə, HƏMAS terror təşkilatının Qəzza zolağındakı şurasının rəhbəri Usamə Mazini zərərsiləşdirilib. İlkin məlumatlara görə, Mazini HƏMAS məhbuslarına rəhbərlik edib və İsrailə qarşı terror fəaliyyətlərini istiqamətləndirib.