Fələstinin radikal HƏMAS hərəkatı bildirib ki, onun yaraqlı qanadı İzzəddin əl-Qəssam Briqadaları İsrailə hücum zamanı girov götürülmüş iki ABŞ vətəndaşını azad edib.
Stopnarkotik.az xəbər verir ki, bu barədə HƏMAS-dan məlumat verilib.
Məlumata görə, ana və qız övladı azad olunub.
Qeyd edək ki, İsrail HƏMAS-ın Qəzza zolağında 203 mülki vətəndaşı girov saxladığını bildirib.