Həftəsonu 46,7 kiloqram narkotik ələ keçirilib - ƏMƏLİYYAT

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 14-də və 15-də ümumi çəkisi 46,7 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.