Polis Lənkəran rayonunda keçirilən tədbir zamanı bir sıra obyektlərdə sanitariya-gigiyena qaydalarının pozulması ilə bağlı faktlar aşkarlayıb.
Stopnarkotik.az modern.az-a istinadən bildirir ki, rayonun Aşağı Nüvədi kəndində yerləşən “Palıdlı” istirahət mərkəzində məişət tullantılarının yandırıldığı və 2 ağacın kəsildiyi aşkar edilib.
İstirahət mərkəzinin nümayəndəsi barədə inzibati tənbeh tədbiri tətbiq olunub.
Qeyd edək ki, “Palıdlı” istirahət mərkəzi bu ilin aprel ayında vəfat edən deputat Hadi Rəcəbliyə məxsusdur. Obyektin hazırda onun ailəsi tərəfindən idarə edildiyi bildirilir.