Gürcüstanda polis inspektoru narkotiklə saxlandı

Gürcüstan Daxili İşlər Nazirliyi qurumun mühafizə polisi departamentinin Sameqrelo-Zemo Svaneti regional təhlükəsizlik polisinin baş idarəsinin “EnqurGES” MMC-nin obyektlərinin mühafizə şöbəsinin kiçik inspektorunun saxlanılması barədə məlumat yayıb.

Stopnarkotik.az xəbər verir ki, onun qanunsuz olaraq tərkibində “metadon” olan narkotik maddə alıb saxladığı iddia edilir.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, ondan şəxsi yoxlama zamanı maddə götürülüb, qeyd edilir ki, bu cinayət 6 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Stopnarkotik.az