Gürcüstanda məhbusların sayı 2025-ci ildə 22,6% artıb. Ombudsmanın illik hesabatına görə, ötən il ölkədəki penitensiar müəssisələr 90,4% dolu olub. Üç həbsxana məhbus tutumunu aşıb.
Ombudsman həbsxanalarda sanitariya, ventilyasiya, təbii işıq və kameralarda mövcud olan minimum yerlə bağlı problemləri qeyd edir. Bəzi cəzaçəkmə müəssisələrdə duş qəbuluna həftədə yalnız iki dəfə icazə verilir və həbsxanalar əlilliyi olan insanlar üçün uyğunlaşdırılmamış olaraq qalır.
Stopnarkotik.az