Gürcüstanda əhali artımı üçün analara daha çox şərait yaradılacaq

Gürcüstanın “Xalqın Gücü” partiyası əhalinin azalmasında doğum nisbətinin az olmasını həll etmək üçün ölkədə analıq məzuniyyətinin bir ilə qədər artırılmasını təklif edib.

"Gələcək ana işinin ailə qurmağa və uşaq sahibi olmağa mane olmayacağına əmin olmalıdır. Həmçinin, iş yerinin və ya universitetin yaxınlığında qadının uşağını qoyub təhsilinə və ya karyerasına diqqət ayrıa biləcəyi uşaq baxçalarının və ya uşaq bağçalarının olması vacibdir", deyə Dimitri Xundadze bildirib.

O, əlavə edib ki, mənzil siyasəti də vacibdir.

BMT-nin proqnozlarına görə, Gürcüstanın əhalisi 2050-ci ilə qədər azalacaq, qonşu Ermənistan və Azərbaycanın isə artacaq.

Stopnarkotik.az