Gürcüstanda azərbaycanlı ər-arvadı güllələyən şəxs tutuldu

Gürcüstan Daxili İşlər Nazirliyinin Kaxeti Polis Departamentinin əməkdaşları Saqareco rayonunun Tüllər kəndində azərbaycanlı ər və arvada silahlı hücum edən şəxsi saxlayıb.

Məlumatı Gürcüstan DİN yayıb. Bildirilib ki, əvvəllər məhkumluğu olan 1977-ci il təvəllüdlü şübhəliyə qarşı Gürcüstan Cinayət Məcəlləsinin odlu silahların qanunsuz əldə edilməsi və daşınması, qəsdən adam öldürmə maddələri ilə ittiham irəli sürülüb.

Məlumata əsasən, istintaqla müəyyən edilib ki, saxlanılan şəxs 1988-ci il təvəllüdlü keçmiş həyat yoldaşını yaralayıb, onun 1987-ci il təvəllüdlü ərini isə qətlə yetirərək hadisə yerindən qaçıb. İş üzrə 16 ildən 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulur.

Qeyd edək ki, cinayətin qisas zəminində törədildiyi bildirilir.