Gürcüstanda 84 narkotik satıcısı saxlanılıb. Saxlanılanlar arasında həm Gürcüstan vətəndaşları, həm də xarici vətəndaşların olduğu açıqlanır.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Gürcüstan DİN açıqlama yayıb. Xüsusilə çoxlu sayda müxtəlif narkotik və psixotrop maddələr, eləcə də odlu silah və sursat müsadirə edilib.
Xüsusi əməliyyat zamanı ölkəyə qanunsuz olaraq külli miqdarda narkotik maddə idxalının qarşısı alınıb: Tbilisi Beynəlxalq Hava Limanında Ukrayna vətəndaşı saxlanılıb. Şəxsi axtarış nəticəsində 2500-dən çox buprenorfin tableti müsadirə edilib.
Saxlanılanlar 20 ilə qədər həbs və ya ömürlük həbs cəzası ilə üzləşirlər.
Stopnarkotik.az