Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Saqareco rayonunun Ləmbəli kəndində ər 14 yaşlı “arvadını” qətlə yetirib.
Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, hadisə ötən gecə baş verib. Məlumata görə, şübhəli iki ay əvvəl “evləndiyi” azyaşlını odlu silahdan atəş açaraq qətlə yetirib.
Faktla bağlı Gürcüstan Daxili İşlər Nazirliyi tərəfindən cinayət işi açılıb.