Gürcüstan parlamenti qarşısında etirazlar davam edir - VİDEO

Gürcüstanda etirazçılar parlamentin xidməti girişində polis əməkdaşları ilə əlbəyaxa dava ediblər.

Onlar xarici agentlər haqqında qanun layihəsinə birinci oxunuşda baxılmasına qarşıdırlar.

Polis nümayişçilərdən darvazanın yanından uzaqlaşmalarını istəyib, lakin onlar imtina ediblər, bundan sonra dava başlayıb.

Mümkün həbslərin ola biləcəyi gözlənilir.

Qeyd edək ki, xarici agentlər haqqında qanun Rusiyada, bəzi Qərb ölkələrində, həmçinin Avstraliya, İsrail və Çində qüvvədədir. ABŞ isə 1938-ci ildə xarici agentin qeydiyyatı haqqında qanunu qəbul edən ilk ölkə olub.